Azərbaycanlı alim vaksin hazırladı – VİDEO

  • Space TV
  • 2 Sentyabr 2020 13:06

Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi ilə COVID-19-a qarşı peyvənd hazırlanıb. Space TV-nin xəbərinə görə, yaşıl bitkilər əsasında hazırlanan hər iki peyvəndin heyvanlar üzərində sınağı uğurlu nəticələr verib. Vaksin  insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

Türkiyədə  yaşayan  azərbaycanlı  alim qeyd edir ki, istehsal etdikləri peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.

Tərlan Məmmədov yeni  vaksinin  bir  çox  üstün  cəhətlərinin olduğunu  vurğulayıb.

Alim təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb. Bu istiqamətdə iki peyvəndi inkişaf etdirdiklərini deyən T.Məmmədov qazandıqları nəticələrin son dərəcə uğurlu olduğunu bildirir.

Paylaş

 Xəbəriniz olsun