AZƏRBAYCANLI ALİM KİMLƏRİ PAŞİNYANI DƏSTƏKLƏMƏKDƏ İTTİHAM ETDİ?

  • SpaceTV
  • 29 İyun 2020 10:11

“İlk dəfə İrəvan məsələsini Azərbaycan prezidenti qaldırıb.  Azərbaycan prezidenti bu məsələni müxtəlif kürsülərdə qaldırıb və erməni baş naziri ilə debatında açıq-aydın bəyan edib ki, İrəvan və ətrafındakı torpaqlar Azərbaycanın olub. Bu torpaqlar Azərbaycan Cümhuriyyəti tərəfindən ermənilərə güzəştə gedilib.  İndi Milli Şuranın üzvlərinin məqsədi budur ki, Azərbaycanın prezidentini deyil, Ermənistanın baş naziri Paşinyanı müdafiə etsinlər”.  Bunu Space TV-də yayımlanan “Sadə Həqiqətlər” verilişində tarixçi-alim Vasif Qafarov deyib.  Tarixçi bildirib ki Milli Şura üzvləri hakimiyyət uğrunda mübarizəni dövlətçiliyə qarşı yönəldirlər:  “Mənim prezidentimin mövqeyi haqlı mövqedir.  Mənim bir vətəndaş borcumdur  ki, dövlət başçısının mövqeyini tarixi cəhətdən dəstəkləyim, əsaslandırım.  Buna qarşı çıxanlar kimliyindən asılı olmayaraq Paşinyana dəstək duranlardır. İstər Cəmil Həsənli olsun, istər Solmaz Tohidi olsun, Boran Əziz olsun, Qulu Məhərrəmli və mənə qarşı söyüş, təhqir ifadələri işlədənlər olsun. Bunlar Paşinyanı dəstəkləyənlərdir.  Birmənalı budur.  Bunun başqa cavabı yoxdur”. 

Paylaş

 Xəbəriniz olsun