Azərbaycanlı ailədə dəhşət: Oğul anasını öldürdü

  • Space TV
  • 23 Dekabr 2019 12:34

Dəhşətli qətl hadisəsi Türkiyənin Balıkesir şəhərində baş verib.

SPACE TV türk mediasına istinadən xəbər verir ki, 18 yaşlı Əmrah adlı oğlan əslən azərbaycanlı olan anası 45 yaşlı Vüsalə ilə mübahisə edib. Bu zaman Əmrah dəmir parçasını əlinə götürərək onun başına zərbələr endirməyə başlayıb.

Nəticədə qadın hadisə yerindəcə keçinib. Əmrah isə polis tərəfindən saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun