Azərbaycanlı ər-arvad koronavirusdan öldü, 3 və 5 yaşlı uşaqlar atasız-anasız qalıb

  • Space TV
  • 24 Aprel 2020 10:18

Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı ər-arvad koronavirusdan ölüb.

SPACE TV xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova “İnstagram”ın canlı yayımında deyib. İfaçı lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Hazırda azyaşlılar karantin altındadır. Onlara bir tibb bacısı nəzarət edir.

Sərhədlər bağlı olduğundan mərhumların yaxınları Rusiyaya gedə bilmir.

Paylaş

 Xəbəriniz olsun