Azərbaycanla oyun üçün 50 minlik mükafat

  • SpaceTV
  • 12 Noyabr 2019 10:59

Slovakiya Futbol Federasiyası Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandalarına qarşı oyunlar üçün mükafat təyib edib.

SPACE TV xəbər verir ki, bunu qurumun rəhbəri Yan Kovaçik yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Slovakiya yığması Xorvatiyanı məğlub edəcəyi halda komandaya 200 min avro mükafat veriləcək. Azərbaycan millisi ilə görüşdə qələbənin mükafatı isə 50 min avrodur.

O, yığmanın Avro-2020-yə vəsiqə qazanacağı təqdirdə isə komandaya 3 milyon avrodan çox mükafat ödəniləcəyini bildirib.

Qeyd edək ki, Slovakiya millisi noyabrın 16-da səfərdə Xorvatiya, 19-da isə evdə yığmamızla qarşıaşacaq.

Paylaş

 Xəbəriniz olsun