Azərbaycanın Türkiyədən aldığı minatəmizləyən texnikanın üstünlükləri açıqlandı

  • Space TV
  • 10 Fevral 2021 13:56

Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov Türkiyədən alınan mexaniki minatəmizləmə texnikasının üstünlüklərini açıqlayıb.

Spacetv.az-ın xəbərinə görə, o, Türkiyədən alınan mexaniki minatəmizləmə texnikasının tətbiqi nəticəsində ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı vaxt sərfiyyatında qısalma olacağını bildirib.

“Bu texnikalar zirehlidir və 500 metrədək məsafədən idarə olunur. İnsansızdır. Ona görə mina sahəsində hər hansı partlayışlar baş verərsə, şəxsi heyətin xəsarət almasının qarşısı alınacaq”, – o vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun