Azərbaycanın tanınmış futbolçusunun vəziyyəti ağırdır

  • Space TV
  • 11 Dekabr 2020 12:52

“Qarabağ”, “Neftçi” və “Kəpəz” klublarının sabiq futbolçusu Elbrus Abbasov koronavirusa yoluxub.

Bu barədə Spacetv.az-a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, keçmiş hücumçu təqribən 5-6 gün öncə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan Abbasovun süni tənəffüs aparatına qoşulduğu bildirilir.

O, noyabrın 28-də “Qarabağ” klubu ilə birlikdə Ağdama səfər etmişdi.

Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.

 Elbrus Abbasov
Paylaş

 Xəbəriniz olsun