Azərbaycanın şimal – qərb bölgəsi tarixi abidələri, müdafiə qalaları, istehkamları, məbədləri ilə son dərəcə zəngindir

  • Space TV
  • 30 Yanvar 2020 16:22

Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonunun qədim kəndlərindən biri də Katex kəndidir. Kənddə bir çox tarixi abidələr bizi bəzən 1500 il əvvələ, bəzən isə neolit , mezeloit dövrünə aparır. Yol kənarları boyunca Dövlət tərəfindən qoruma altına alınmış müdafiə səddləri, bu rayonun qədim tarixindən, şücaətkarlığından xəbər verir.

Həmin kənddə daha bir abidə 1875 -ci ildə inşa edilən kənd məscididir.Daha qədim olan isə məscid deyil, onun üzərindəki qədim yazı şəkli olan “piktoqramların” əks olunduğu daşların olmasıdır.Bu yazı şəkli və işarələri insanların əlifba yazısına qədər bildikləri ,kəşf etdikləri yazı növü olub.

Bu piktoqramlar şimal-qərb bölgəsində,ümumilikdə Azərbaycanın, ibtidai insanların tarixini öyrənmək üçün bir açar rolu oynayır.Odur ki,belə abidələrimiz daim qoruyub saxlamalıyıq…

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun