Azərbaycanın qızıl ehtiyatı açıqlandı – FOTO

  • Space TV
  • 19 Fevral 2021 17:05

2021-ci ilin yanvar ayında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.

Spacetv.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ay ölkəmizdə 692,4 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.

Onların ümumi hasilatı 2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 26,8 faiz azalıb. Eləcə də, ötən ay 270,9 kiloqram qızıl, 421,5 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 33,1 faiz, gümüş hasilatı isə 22 faiz azalıb.

Bildirilib ki, 1 fevral 2021-ci il tarixinə görə, ölkədə 365,8 kiloqram hazır qızıl ehtiyatı, 414,1 kiloqram hazır gümüş ehtiyatı var.

Əlavə edək ki, ötən ay 213,6 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,9 faiz artıb. Bu məhsul növü üzrə 456,2 ton hazır ehtiyat yaranıb.

Paylaş

 Xəbəriniz olsun