Azərbaycanın Minsk qrupunun həmsədrlərindən gözləntiləri – RƏSMİ

  • Space TV
  • 26 Yanvar 2021 14:57

Azərbaycanda ATƏT-in Minsk Qrupunun reputasiyası yüksək deyil.

Spacetv.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Atlantik Şurası”nın keçirdiyi onlayn-seminarda deyib.

“ATƏT-in Minsk Qrupunun Azərbaycanda nüfuzu aşağıdır, səbəbi budur ki, təsisat 30 il müddətində münaqişənin nizamlanması və işğalda olan ərazilərin azad edilməsinə dair ona bəslənən ümidləri boşa çıxarıb”, – deyə H.Hacıyev əlavə edib.

O, Azərbaycanın post-müharibə dövründə Minsk Qrupundan gözləntilərini açıqlayıb.

“Həmsədrlər tərəflər arasında təmasların qurulmasında mövcud olan təcrübələrini nəzərə ala bilərlər. Bununla da onlar Azərbaycanla Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə, müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfələrini verə bilərlər”, – H.Hacıyev əlavə edib.

Paylaş

 Xəbəriniz olsun