Azərbaycanın iştirak edəcəyi MDB Oyunlarının tarixi açıqlandı

  • SpaceTV
  • 2 Dekabr 2020 11:32

Tatarıstanın (Rusiya) paytaxtı Kazanda keçiriləcək I MDB Oyunlarının yeni tarixi açıqlanıb.

Bu yarış 2021-ci ilin 4-11 sentyabr tarixlərində keçiriləcək. Rusiyanın İdman naziri Oleq Matıtsin yarışla bağlı bunları deyib: 

“Ümid edirəm ki, gələn il bu layihə həyata keçiriləcək. Bu, qarşılıqlı fəaliyyətimiz və idman sahəsində tərəfdaşlığın inkişafı baxımından çox vacibdir”.

Qeyd edək ki, 14-23 yaş aralığında idmançıların iştirak edə biləcəyi yarışda Azərbaycan da daxil olmaqla 11 ölkənin atletləri yarışacaq. Oyunlar 21 idman növü üzrə keçiriləcək.

Yarış bu il keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən gələn ilə təxirə salınmışdı.

Paylaş

 Xəbəriniz olsun