Azərbaycanın istehsal etdiyi avtomobilin sayı məlum olub

  • Space TV
  • 24 Noyabr 2020 11:27

Azərbaycan minik avtomobillərinin istehsalını azaldıb.

Spacetv.az-ın Dövlət Statistika komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycanda 2020-ci ilin yanvar-oktyabr aylarında 1497 ədəd minik avtomobili istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 383 ədəd az minik avtomobili istehsal olunub.

Oktyabr ayı ərzində ölkəmizdə 115 ədəd minik avtomobili istehsal edilib.

Ümumilikdə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 297,9 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,3 faiz, maşın və avadanlıqların istehsalı 41,4 faiz artıb.

Paylaş

 Xəbəriniz olsun