Azərbaycanın elektron florası – VİDEO

  • Space TV
  • 2 May 2020 12:07

1950-61-ci  illərdə Botanika İnstitutunun alimləri tərəfindən rus dilində yazılmış “Flora Azerbaydjana” 8 cildliyində Azərbaycan Florası Haqqında əvəzolunmaz məlumatlar  mövcud olub. Kompüter texnologiyalarının  aktual olduğu bu dövrdə Azərbaycan florasının dünyada da tanınması yönündə mühüm işlərdən biri də online bazaların inkişafıdır.

Hazırda Azərbaycanın dərman bitkiləri , herbari, toxum  bankı , nadir bitkilərin və s. elektron məlumat –axtarış bazaları yaradılıb.  Belə elektron bazalarda müəyyən bitkilər haqqında ətraflı məlumatlar  mövcuddur.  Dünyanın elektron bazası bütün dünya üzrə nəşr olunan Floralara , çeklistlərə və digər mənbələrə əsaslanır.

Hazırda Azərbaycanın elektron florasının hazırlanması istiqamətində məqsədyönlü işlər aparılır. Bununla bağlı Azərbaycan florasının bitkilərinin mövcud müasir təsnifat və nomenklaturaya uyğun məlumat siyahısı tərtib olunur. Hazırda mövcud karantin rejimi ilə əlaqədar olaraq institutun 2020-ci il üçün təsdiq edilmiş elmi-tədqiqat planına uyğun eksperimental işlərinə fasilə verilib.

Qeyd edək ki, bu layihədə Azərbaycanın iştirak etməsi ölkəmizin bitki aləminin dünyada tanınması üçün olduqca böyük əhəmiyyətə malikdir.

ELVİRA  SƏFƏRLİ  SPACE TV

Paylaş

 Xəbəriniz olsun