Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb

  • SpaceTV
  • 8 Avqust 2019 10:31

SPACE.TV-nin Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,  07 avqust tarixində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılmışdır.

Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Paylaş

 Xəbəriniz olsun