Azərbaycanın daha bir güləşçisi erməni rəqibini məğlub etdi

  • Space TV
  • 17 Dekabr 2020 15:50

Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda 1/4 finala yüksəlib.

Spacetv.az-ın məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Fransanı təmsil edən erməni Arman Yeloyanla üz-üzə gəlib.

Qvarzatilov rəqibini 9:5 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Onun növbəti rəqibi Georgi Valentinov Vangelov (Bolqarıstan) olacaq.

Paylaş

 Xəbəriniz olsun