Azərbaycanın da baş bəlasına çevrilmiş koronovirus günbəgün qurbanlarının siyahısını genişləndirir – VİDEO

  • Space TV
  • 14 Aprel 2020 15:31

Dünyanın kabusuna cevrilmiş koronovirus, yüz minlərlə insana yoluxdu və minlərlə insanın canını aldı. Artıq aylardır dünya bu qorxunc kabusdan oyana bilmir. Virusa qalib gələ bilmək üçün müxtəlif növ preparatlar, vaksinlər hazırlandı. Fədakar  həkimlər sayəsində minlərlə yoluxmuş insanın bu xəstəlikdən xilas oldu , onlar nə ilə müalicə olundular və müalicə olunmağa davam edirlər?

Elə hallar da müşahidə olunur ki, insanlar özləri həkim nəzarəti olmadan müxtəlif dərmanlardan istifadə edirlər.

İnfeksionistVasif Əliyev deyir ki, xəstələrin hər biri individualdır, hər xəstə yanaşı xəstəliyinə, yaşlarına görə dəyərləndirilir və ona uyğun olaraq müalicə edilir.

Həkim – infeksionist həmçinin vətəndaşları həkim məsləhəti olmadan haqqında eşitdikləri hər dərmandan kor-koranə istifadədən çəkinməyə çağırdı.

ELVİRA SƏFƏRLİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun