Azərbaycanın bu rayonunda karantin rejiminə nəzarət gücləndirilir – RƏSMİ

  • SpaceTV
  • 2 İyul 2020 17:38

Azərbaycanda karantin rejimi dövründə epidemioloji vəziyyətin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Xüsusi karantin rejiminin qaydalarına əməl olunmasını təmin etmək üçün bu gün Zərdab Rayon İcra Hakimiyyətinin iclası baş tutacaq.

Bu haqda Zərdab Rayonu İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov bildirib

“Mobil operativ qrupların gücləndirilməsi, maskasız gəzən vətəndaşlar barəsində müvafiq inzibati protokolun tərtib olunması ilə bağlı müəyyən göstərişlər verilib. Bu gün bununla bağlı iclasımız baş tutacaq”, – deyə o məlumat verib.

Paylaş

 Xəbəriniz olsun