Məqalədə Dağlıq Qarabağın “mübahisəli ərazi” olmadığı, Azərbaycanın ayrılmaz, beynəlxalq səviyyədə tanınmış bir hissəsi olduğu və Azərbaycanın yeddi rayonu ilə birlikdə 25 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal olunduğu və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır. Həmçinin Ramil Səfərovun uşaqkən erməni işğalı altında olan doğma şəhəri Cəbrayıldan zor gücü ilə qovulduğu diqqətə çatdırılır. Onun səkkiz il həbsdə olduğu Macarıstandan Azərbaycana verilməsinin qanuni əsaslarla həyata keçirildiyi və istənilən suveren dövlətin başçısının vətəndaşlarını əfv etməsinin isə onun konstitusiya hüququ olduğu bildirilir. Sonda Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün ədalətə çağırış etdiyi vaxt Ermənistanın Azərbaycan ərazilərində işğalını möhkəmləndirmək üçün bütün vasitələrdən və platformalardan istifadə etdiyi qeyd edilir.
Qarabağın işğalını, orada ermənilərin törətdiyi qətliamları ciddi və sərt reaksiyasız qarşılayan Avropa insan hüquqları məhkəməsi Azərbaycanlı hərbçinin ləyaqətini alçaltdığına görə layiqli cavabını almış biri üçün görə niyə belə əl-ayağa düşüb? Ondansa erməni işğalına göz yuman dövlətləri qınayın. Ermənilərin Qarabağdakı vandalizm aktlarına görə cinayət işi açmayana qədər ədalət bəhanəsilə ağzınızı açmayın. Xocalı soyqırımını icra edənlərdən biri olan David Xeyriyyanın Beyrutda nəşr etdirdiyi “Xaç naminə” kitabını oxuyun. Xocalıda qan tökən erməni kitabında yazır ki, “mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üstündən adlayıb, bataqlığa keçdim. Ayaqlarım və fotokameram qana batmışdı”. Yaxud həmin nəşrin digər səhifəsində martın 2-də Qaflan adlı erməni qrupunun üzvlərinin öldürdükləri 100-dən çox azərbaycanlının yandırılmasından bəhs olunur. Meyitləri Xocalıdan bir kilometr aralıda yandırırdılar. Terrorçu kitab müəllifi yazır ki,”Meyitləri gətirən axırıncı maşında alnından güllə yarası almış, qolları qırılmış, təxminən 10 yaşlarında bir qız gördüm. Aclığa, şaxtaya, göyərmiş sifətinə, yaralarına baxmayaraq, qızcığazda hələ də həyat rəmzi vardı, nəfəs alırdı. Bir anda Tiqranyan familiyalı erməni qızı götürüb digər meyitlərin üstünə atdı. Sonra meyitləri yandırdılar”. Diri-diri adam yandıranlar, öldürdükləri hamilə qadının bətnindən körpəni çıxardıb, şişə keçirənlər, yaşlı insanların gözlərini oyub, əl-ayaqlarını kəsənlər istintaqa cəlb olunmalıdıır. Terrorçu nəslindən olub, qaniçənlik ənənələrini davam etdirənlərin əlləri qandallanmalıdır, ya da ki, məsrəfsiz edam olunsalar yaxşıdır. Ramil Səfərov Markaryana əbəs yerə deməyib ki, “güllə ilə öldürmək səni şərəfləndirərdi”.
Anar Rəhimov SPACE TV