Azərbaycanın Baş nazirinin müavini İrana səfər edəcək

  • Space TV
  • 21 Dekabr 2020 15:01

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehrana rəsmi səfər edəcək.

Spacetv.az xəbər verir ki, bu barədə İranın “Mehrnews” agentliyi məlumat yayıb.

Səid Xətibzadənin sözlərinə görə, Ş. Mustafayevin İrana səfəri dekabr ayının 23-də baş tutacaq.

Paylaş

 Xəbəriniz olsun