Azərbaycanın aparıcı idmançısı hərbi xidmətə çağırıldı – FOTO

  • Space TV
  • 29 Sentyabr 2020 16:54

Taekvondo millimizin aparıcı üzvlərindən olan Ayxan Tağızadə ölkədə elan edilən qismən səfərbərliyə əsasən hərbi xidmətə çağırılıb.

Bakıda keçirilmiş I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı bu gün səhər Yasamal Rayonu Hərbi Komissarlığında olub. 24 yaşlı idmançının hansı cəbhə bölgəsinə yola düşəcəyi barədə məlumat verilmir.

https://www.instagram.com/p/CFsAs0YHTAx/?utm_source=ig_embed

Qeyd edək ki, daha əvvəl 23 yaşlı taekvondoçu, yeniyetmələr arasında dünya və Avropa çempionu Məhəmməd Məmmədov hərbi xidmətə çağırılmışdı.

Paylaş

 Xəbəriniz olsun