Azərbaycanın 8 rayonunda yanğın olub – Nazirlikdən açıqlama

  • SpaceTV
  • 26 Avqust 2019 15:43

Fövqəladə Hallar Nazirliyindən Space TV –yə verilən məlumata görə, həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Lerik, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb, Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə, FHN-in 900 nəfərdən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, 4 ədəd helekopteri və 1 ədəd “BE 200 ÇS” tipli amfibiya təyyarəsi iştirak edib.

Paylaş

 Xəbəriniz olsun