Azərbaycanın 170 yaşlı ilk apteki

  • SpaceTV
  • 27 Yanvar 2020 19:00

Azərbaycan ərazisində ilk apteki 1850-ci ildə yaradılıb.

SPACE TV xəbər verir ki, aptekin yaranma tarixi 19-cu əsrə dayanır. Belə ki, Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən və “Allah mədəni” adlanan məşhur balıqçılıq müəssisəsi yanğın baş verib.

Yanğından sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür.

O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü.

Bu tədbirlər nəticəsində Azərbaycanda ilk aptek yaradıldı.

Şəraiti ilə əlaqədar olaraq, sonralar həmin aptek, Bankə balıq vətəgəsinin binasına köçürüldüb.

Paylaş

 Xəbəriniz olsun