Azərbaycanın ən füsünkar guşələrindən olan Göy göl qış aylarında da öz gözəlliyi və maraqlı təbiəti ilə insanları özünə cəlb edir

  • Space TV
  • 7 Yanvar 2020 17:18

Göy göl Milli Parkının ərazisi  Azərbaycanın ən füsünkar təbiət mənzərələrindən biri kimi ölkəmizin turuzim sektorunda xüsusi rola malikdir. Adı dillər əzbəri olan Göy Göl ilə yanası burada daha 11 təbii göl yerləşir ki, həmin yerlərə də turist gəzintisinə çıxmaq imkanı var. Əlbəttə, yay mövsümünün əlverişli şəraiti və isti aylarda təbiətin yaşılııq mənzərələri səbəbilə buralara turist axını məhz həmin dövrlərdə daha güclü olur. Bununla belə, əsl Göygölsevərlər qışda da ona baş çəkməyi unutmurlar.

6379 ha sahəsi olan Göy Göl Milli Parkında  qış turizminin də inkişafı üçün geniş imkanlar mövcuddur. Burada həmçinin dağlıq ekstremal turizm marşrutları da az deyil

Qnu da bir daha xatırladaq ki, Göy göl və onun kiçik “qardaşları” sayılan göllər, 881 il bundan qabaq, 1139-cu ildə baş verən güclü zəlzələ nəticəsində Kəpəz dağının üst hissəsinin dağlması və onun parçalarının buradan keçən çayların qarşısını kəsməsi ilə yaranıb.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun