Azərbaycanı dünya çempionatında 16 cüdoçu təmsil edəcək

  • SpaceTV
  • 8 Avqust 2019 11:59

Cüdo üzrə Azərbaycan milli komandasının avqustun 25-də Yaponiyanın paytaxtı Tokioda start götürəcək dünya çempionatı üçün heyəti müəyyənləşib.

SPACE.TV-Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına əsasən, yığma sentyabrın 1-dək davam edəcək mundialda 9 kişi və 7 qadın cüdoçu ilə təmsil olunacaq. Kişilərin yarışında Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) iştirak edəcək.

Qadınlarda isə Əliyeva Leyla, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Larisa-Aleksandra Florian (hər ikisi 52 kq), İçinxorlu Munxtsedev (57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerskaya (+78 kq) qüvvəsini sınayacaq.

Mundialın mükafat fondu 800 min dollar təşkil edir. Qızıl medal qazanacaq cüdoçulara 20800 dollar, onların məşqçilərinə isə 5200 dollar veriləcək. İkinci yerin sahibləri 12000 dollar, məşqçiləri isə 3000 dollar qazancaqlar. Bürünc mükafatçılara 6400 dollar, onların məşqçilərinə isə 1600 dollar ödəniləcək.

Paylaş

 Xəbəriniz olsun