Azərbaycandakı Zəfər paradı ukraynalı deputatı valeh etdi

  • Space TV
  • 11 Dekabr 2020 12:25

“Hərbi parad dövlətin gücünü və vətəndaşların qürurunu nümayiş etdirən bir mərasimdir, xüsusilə də Zəfər paradı. Azərbaycan üçün bu, sadəcə, müharibədə qazanılan Qələbə deyil. Bu, həqiqətin, ədalətin qələbəsidir”.

Spacetv.az xəbər verir ki, bunu AZƏRTAC-a Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Valeri Kolyux söyləyib.

Deputat deyib ki, Azərbaycan xalqı təkcə öz ərazilərini geri qaytarmadı, həm də birliyini, vətənpərvərliyini nümayiş etdirdi.

“Bu Qələbə üçün canlarını fəda edənlərin ailələrinə başsağlığı verirəm. Qurbanların boş yerə getmədiyini təkcə sözlə deyil, əməllə sübut edən bütün Azərbaycan xalqını təbrik edirəm”, – deyə deputatı əlavə edib.

Valeri Kolyux vurğulayıb ki, torpağı qaytarmaq kimi, onu dirçəltmək, şəhər və kəndləri, evləri və bağları bərpa etmək, insanları oraya qaytarmaq və təhlükəsizliyini təmin etmək də önəmlidir.

O, inandığını bildirib ki, azad edilmiş ərazilər çiçəklənəcək, orada uşaqların gülüşü yenidən eşidiləcək.

Paylaş

 Xəbəriniz olsun