Azərbaycanda zəlzələ olub

  • SpaceTV
  • 22 Oktyabr 2019 10:53

Xəzər dənizində zəlzələ olub.

SPACE TV xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla oktyabrın 22-si saat 00:57-də Qala stansiyasından 152 km şərqdə Xəzər dənizində qeydə alınıb.

Maqnitudası 3.8, dərinliyi 53 km olan zəlzələ hiss olunmayıb.

Paylaş

 Xəbəriniz olsun