Azərbaycanda zəlzələ oldu

  • Space TV
  • 17 Dekabr 2020 10:15

Dekabrın 17-də Masallı rayonunda maqnitudası 3 olan zəlzələ baş verib.

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:13-də qeydə alınıb.

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Paylaş

 Xəbəriniz olsun