Azərbaycanda yuyucu vasitə olmadan əşyaları təmizləyən elektron cihaz hazırlanıb – VİDEO

  • SpaceTV
  • 22 Sentyabr 2020 13:53

Azərbaycanda yuyucu vasitə olmadan əşyaları təmizləyən elektron cihaz hazırlanıb.  Space TV xəbər verir ki, cihaz dünyanın 80 ölkəsindən startapların iştirak  edəcəyi yarışda Azərbaycanı təmsil edəcək. Layihə müəllifləri onun əsas məqsədinin ətraf mühitə ziyan verən yuyucu vasitələrindən istifadəni minumuma endirmək olduğunu deyirlər.  

Sentyabrın 10-da təşkil olunan onlayn tədbirdə yarışmanın ölkə üzrə milli seçim mərhələsində  iştirakçılar  öz startaplarını münsiflərə təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə yuyucu vasitələrdən istifadə etmədən əşyaları təmizləyən elektron cihaz – “W-ball” layihəsi milli turun qalibi seçilib.

Qalib startap bu  il oktyabrın 29 –da Dubayda baş tutacaq yarışda ölkəmizi təmsil edəcək . Beynəlxalq startap yarışmasında 5 qalib seçiləcək və hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək.

Qeyd edək ki, Azərbaycan üzrə milli seçim mərhələsində mobil tətbiqlər, ağıllı cihazlar, onlayn xidmətlər kimi sahələrdə fəaliyyət göstərən 15 startap  iştirak edib.

Paylaş

 Xəbəriniz olsun