Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusdan vəfat etdi – FOTO

  • Space TV
  • 9 Dekabr 2020 11:00

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib. 

Spacetv.az-ın məlumatına görə, Q.İsmayılovun iki həftə əvvəl verdiyi COVID-19 testi pozitiv çıxıb və o xəstəxanada müalicə alıb.

İsmayılov Qurban Soltanəli oğlu 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Paylaş

 Xəbəriniz olsun