Azərbaycanda yeni şəhər yaradılır

  • Space TV
  • 8 İyun 2020 10:36

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilir.

SPACE TV-ın xəbərinə görə, Babək rayonunun Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi təklif edilir.

Həmçinin, rayonun Babək qəsəbəsinə şəhər statusunun verilməsi gözlənilir.

Qeyd edək ki, sənəd Milli Məclisin Regional məsələlər komitəsinin iyunun 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Paylaş

 Xəbəriniz olsun