Azərbaycanda yeni medal təsis olundu

  • SpaceTV
  • 20 Noyabr 2020 14:39

Azərbaycanda yeni medal təsis olunub.

Spacetv.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliklə “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təsis olunub.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş

 Xəbəriniz olsun