Azərbaycanda yeni fond yaradıldı

  • Space TV
  • 9 Yanvar 2020 11:59

Naxçıvanda Aqrar Sığorta Fondu yaradılıb.

SPACE TV-in məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fond Naxçıvanda aqrar sığorta sisteminin təşkili və inkişafını təmin etmək məqsədilə yaradılıb.

Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.

Paylaş

 Xəbəriniz olsun