Azərbaycanda yeni elektron xidmət modulları yaradılır

  • Space TV
  • 20 Avqust 2020 16:58

Dövlət Şəhərsalma və Arxitertura Komitəsi birpencere.arxkom.gov.az elektron müraciət sistemində “Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri üçün elektron müraciət modulu”nun yaradılması (1), eləcə də “Şəhərsalma əsaslandıması layihələrinin təsdiqi üçün elektron müraciət modulu”nun yaradılması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Spacetv.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, hər iki tenderin qalibi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) yanında Elektron Hökümətin İnkişafı Mərkəzidir.

Qalib dövlət qurumuna müvafiq olaraq 104,4 min manat və 142,2 min manat, ümumilikdə isə 246,6 min manat ödəniləcək. 

Paylaş

 Xəbəriniz olsun