Azərbaycanda yas mərasimləri ilə bağlı yeni qadağa – QƏTİ TAPŞIRIQ VERİLDİ

  • Space TV
  • 18 İyun 2020 10:31

“Rayonlarda vətəndaşlar koronavirus epidemiyasının yayılma təhlükəsinə diqqət yetirməyərək, kütləvi toplaşma hallarına yol verirlər”.

SPACE TV xəbər verir ki, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, bununla bağlı məlumatlar toplanılıb. Bütün din xadimlərinə isə dəfn mərasimi istisna olunmaqla, insanların kütləvi toplaşdığı yas mərasimlərində iştirak etməməklə bağlı qəti tapşırıq verilib.

Tapşırıqlara əməl etməyən, karantin rejimi qaydalarını pozaraq yas mərasimlərinə qatılan din xadimləri cəzalandırılacaq.

Paylaş

 Xəbəriniz olsun