Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 2-dək uzadılıb

  • SpaceTV
  • 28 Sentyabr 2020 17:16

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərar verib.

Spacetv.az-ın məlumatına görə, ölkə ərazisində xüsusi karantin rejimi 2 noyabr saat 06:00-dək uzadılıb.

Qərara əsasən, 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Paylaş

 Xəbəriniz olsun