Azərbaycanda xəstəxanalarda müalicə alan əsgər və zabitlərimizin sayı açıqlandı – RƏSMİ

  • Space TV
  • 8 Dekabr 2020 16:09

“Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından bu günə qədər səhiyyə sistemi gərgin vəziyyətdə, iki cəbhədə fəaliyyət göstərib”.

Spacetv.az-ın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

O qeyd edib ki, hazırda 919-dan artıq əsgər və zabitin müalicəsi səhiyyə müəssisələrində davam etdirilir:

“Onlara qayğının göstərilməsi vəzifələrimizdəndir. Buna görə ölkə üzrə xüsusi karantin rejimi 18 yanvar 2021-ci ilə qədər uzadılıb”.

Paylaş

 Xəbəriniz olsun