Azərbaycanda vaksinasiya edilənlərin sayı 300 mini keçdi – RƏSMİ

  • Space TV
  • 3 Mart 2021 11:38

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb. 

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Bildirilib ki, martın 2-si ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 903 nəfər vaksinasiya olunub. 

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313 582 nəfər peyvəndlənmə prosesində iştirak edib. 

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun