Azərbaycanda vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

  • SpaceTV
  • 19 Avqust 2019 16:57

Space.TV Təhsil Nazirliyinin  İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasında dəyişiklik olmayacaq. Vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur.

Təhsil Nazirliyinin  İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadənin sözlərinə görə, “Bakı Tikiş Evinə bununla bağlı müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək. Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq” – deyə qeyd edib.

 

Paylaş

 Xəbəriniz olsun