Azərbaycanda toyların təşkilinə icazə ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA

  • Space TV
  • 18 May 2020 14:35

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə bir sıra məhdudiyyətlər qüvvədə qalır.

Bunlar arasında kütləvi tədbirlərin təşkili üzrə xidmətlər, təmtəraqlı ad günlərinin keçirilməsi, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması da var.

Bəs növbəti yumuşalma tədbirlərinin daxilində toy və kütləvi tədbirlərin keçirilməsi daxil ola bilərmi?

SPACE TV  xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu barədə açıqlama verərək bildirdi ki, Operativ Qərargahda toy, nişan və ad günü mərasimlərinin təşkilinə icazə verilməsi ilə bağlı dəqiq tarixin nə vaxt olacağı barədə məlumat hələ ki, yoxdur. Ölkədə ki, pandemiyanın yayılma sürəti və gələcəkdə yoluxanların statistik göstəricilərinə əsasən bu barədə dəqiq məlumat vermək olacaq.

Paylaş

 Xəbəriniz olsun