Azərbaycanda taxıl biçini davam edir

  • SpaceTV
  • 30 İyun 2020 11:21

Taxıl sahələrinin yarıdan çoxu artıq biçilib. Bu günə qədər sahələrin 52.5 faizinin məhsulu toplanıb. Biçin aparılan 530 min 509 hektar taxıl sahəsindən , 1milyon 674 min 632 ton məhsul yığılıb. Hər hektar üzrə məhsuldarlıq 31.6 sentner təşkil edib. Biçinin daha rahat həyata keçirilməsi üçün Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti tərəfindən kombaynlara GPS sistemi quraşdırılıb və texnika bir mərkəzdən idarə edilir.

Kombaynlar müəyyən edilən ərazidən kənara çıxdıqda proqram xəbərdarlıq edir, texnikanın matoru söndürülür. Mexanizator mərkəzlə əlaqə saxlararaq cəlb edilən əraziyə qayıdarsa, kombaynın fəaliyyəti bərpa edilir. Daxil olan şikayətlərin azalması da tətbiq edilən sistemin effektiv olduğunu göstərir.

Ümumilikdə biçin prosesində 1700-dən artıq kombayn cəlb edilib ki, onların da 700-ə yaxını Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinə məxsusduR.

Cəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun