Azərbaycanda tanınmış sabiq futbolçunun atası koronavirusdan vəfat etdi

  • Space TV
  • 16 Dekabr 2020 14:10

“Səbail” klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib.

Spacetv.az xəbər verir ki, bu barədə Report-a “Səbail”in baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

O, A.Ağayevin 72 yaşında koronavirusdan öldüyünü söyləyib.

Hacıyev mərhumun dəfn üçün Şabran şəhərinə aparıldığını vurğulayıb.

Qeyd edək ki, Adilxan Ağayev şəhər məktəblərindən birində Bədən tərbiyəsi fənnini tədris edib. O, əvvəllər Şabranın “Bərəkət” futbol komandasının baş məşqçisi olub.

Paylaş

 Xəbəriniz olsun