Azərbaycanda tanınmış müğənni vəfat etdi

  • SpaceTV
  • 7 May 2020 12:13

60-cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

SPACE TV xəbər verir ki, bu barədə “kulis.az”a sənətkarın yaxınları məlumat verib. 60-80-ci illərdə estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi, qastrolyor Cavanşir Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məhşur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

Yaddaşlarda Oqtay Kazıminin “Bakının qızları” mahnısı ilə qalmış Cavanşir Əliyev səhnədə çox az müddətdə parlayıb.

Paylaş

 Xəbəriniz olsun