Azərbaycanda tanınmış müğənni koronavirusdan öldü

  • Space TV
  • 25 İyun 2020 10:47

Tanınmış müğənni Faiq Tapdıqoğlu (Ağbabalı) vəfat edib.

SPACE TV xəbər verir ki, bir müddət əvvəlkoronavirusa yoluxan sənətçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Faiq Tapdıqoğlu “Ağbaba” qrupunda fəaliyyət göstərirdi.O, Qərbi Azərbaycan folklorunun yaşadılmasında xidmətləri olan müğənni kimi, həmçinin el şənliklərinin mahir aparıcısı kimi tanınıb. Bir neçə gün əvvəl Xaq artisti Teymur Mustafayev də koronavirusun səbəb olduğu pnevmoniya səbəbindən vəfat edib. (Publika.az)

Paylaş

 Xəbəriniz olsun