Azərbaycanda təzə gəlin ailəsi kasıb olduğuna görə döyüldü

  • SpaceTV
  • 9 Oktyabr 2019 11:13

Daşkəsən rayonunda yeni ailə quran qadın qayınatası və qayınanası tərəfindən döyülüb.

SPACE TV xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.

19 yaşlı Abdullayeva Ayşə Samir qızı zərbələrin təsirindən huşunu itirib.

A.Abdullayeva təcili olaraq Daşkəsən Rayon Məkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. Qadının vəziyyətinin orta-ağır olduğu deyilir.

İlkin məlumatlara görə, hadisəyə səbəb bir il öncə baş tutan toyda qız evinin maddi baxımdan istəniləni verə bilməməsi olub.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun