Azərbaycanda təhsil alan 3 Şri-Lanka vətəndaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

  • Space TV
  • 10 Yanvar 2020 16:56

Azərbaycanda təhsil alan 3 Şri-Lanka vətəndaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.Ötən gecə Səbail rayonu Bayıl qəsəbəsi Xanlar küçəsi 60-ünvanında Dilavər Yusubova məxsus mənzildə kirayədə qalan Qərbi Kaspi Universitetinin ingilis dili kurslarında təhsil alan Jayakodi Arachchige, Tharuki Amaya və Malsha Sandeepani tüstüdən boğulublar

Ətrafı bürüyən yanğın və tüstü qoxusunu görən qonşular dərhal küçəyə çıxıblar.Tələbələrin qapısı bağlı olduğu üçün hadisə yerində olan ev sahibinə və FHN-112 qaynar xəttinə məlumat veriblər.Hadisə yerinə Səbail rayon polis idarəsinin, Prokurorluğun əməkdaşları gəliblər.

Yanğın söndürülüb ,digər mənzillərə keçməsinin qarşısı alınıb. Mənzilə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirildikdən sonra tələbələrin meyidləri mənzildən çıxarılaraq müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza Pataloji Anatomiya Birliyinin Səbail şöbəsinə təhvil verilib. Yanğının qısa qapanmadan baş verdiyi iddia edilir.

Qonşuların sözlərinə görə tüstüdən zəhərlənərək ölənlərin 2 –si tələbə yoldaşı olub.Ölən digər Şri-Lanka vətəndaşı isə tələbələrin həmyerlisi olub, həmin gün hadisə baş verən mənzilə qonaq gəlibmiş. Hadisə isə əlaqədar Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 səhlənkarlıq maddəsi ilə cinayət işi başlanılıb.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun