Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 137 nəfər sağalıb, 1 nəfər vəfat edib

  • Space TV
  • 3 Oktyabr 2020 16:55

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Spacetv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 561 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 354 nəfər müalicə olunaraq sağalıb, 595 nəfər vəfat edib, aktiv xəstə sayı 1 612 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 789, ötən müddət ərzində isə ümumilikdə 1 132 327 test aparılıb.

Paylaş

 Xəbəriniz olsun