Azərbaycanda sabiq yüksək vəzifəli məmur vəfat etdi

  • Space TV
  • 3 Yanvar 2020 10:13

Azərbaycanda sabiq icra başçısı vəfat edib. 

SPACE TV-in məlumatına görə, Saatlı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əhmədov Gülhüseyn Əliəhməd oğlu bu gün dünyasını dəyişib. 

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Gülhüseyn Əhmədov 1993 -2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 

2005-ci ildə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən millət vəkili seçilib. O, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub.  

Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. 

Paylaş

 Xəbəriniz olsun