Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

  • SpaceTV
  • 8 Sentyabr 2020 13:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin SPacetv.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 9-da rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti olacaq.   

Sentyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş

 Xəbəriniz olsun