Azərbaycanda respublika əhəmiyyətli 3 avtomobil yolunun inşası yekunlaşır

  • Space TV
  • 23 Dekabr 2020 12:43

“Yenidən qurulan, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunda və Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi yolunun Yevlax-Xaldan hissəsində işlər yekunlaşmaq üzrədir”.

Bunu Spacetv.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

“Bundan başqa, Bəhrəmtəpə-Biləsuvar magistal avtomobil yolunda da işlər demək olar ki, yekunlaşıb: “Bu yol ölkəmizin regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, kənd təsərrüfatının inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Üstəlik Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən avtomobil yolu olduğundan tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var”, – o əlavə edib.

Paylaş

 Xəbəriniz olsun