Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb

  • SpaceTV
  • 7 Avqust 2019 17:38

Avqustun 12-si saat 08:00-da Əjdərbəy, 09:00-da Təzəpir məscidində qılınacaq

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

Bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür. 

Paylaş

 Xəbəriniz olsun